• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 29.01.2018 13:15

20 yaşlı gənci maşın vurdu

KepezTV Player

Paytaxtın Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 20 yaşlı Elşən Səlimov Keşlə qəsəbəsində yolu keçərkən onu "Hyundai" markalı avtomobil vurub. Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta-ağır olduğundan o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı