• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 29.01.2018 13:08

Ər-arvad dəm qazından zəhərləndi

KepezTV Player

İsmayıllı rayonunda bir ailənin iki üzvü dəm qazından zəhərlənib. Hadisə rayonun Mican kəndində qeydə alınıb. Kənd sakini, 74 yaşlı Burxan Məmmədov və həyat yoldaşı, 70 yaşlı Leyla Məmmədova yaşadığı evdə qaz sobasının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib. Onlar təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onları xilas etmək mümkün olub. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı