• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 28.01.2018 01:04

Gəncədə dayı bacı oğlu bir-birilərini bıçaqlayıb

Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb. Hadisə şəhərin Təbriz küçəsində baş verib.  Şəhər sakini 29 yaşlı Elnur İsmayılov bacısı oğlu 17 yaşlı Arzu İsmayılovla dalaşıb. Dava zamanı dayı bacı oğlu bir-birilərinə bədənin müxtəlif nahiyyələrinə bıçaqla kəsilmiş deşilmiş xəsarətləri yetirib. Dərhal hər iki yaralı xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Məharət Kərimov həkim – “Xəstəxanaya iki nəfər bıçaq yarası nəticəsində xəsarət alaraq gətirilmişdi. Bir nəfər aldığı xəsarətə görə cərrahiyyə şöbəsinə, bir nəfər isə aldığı xəsarətlə əlaqədar olaraq travmatologiya şöbəsinə qəbul olunmuşdu. Travmatologiya şöbəsinə qəbul olan xəstənin alt çənənin, boğazın yuxarı üçdə birinin böyük ölçülü iki ədəd kəsilmiş deşilmiş yarası olmuşdu. Xəstəyə lazımı travmatoloji tədbirlər aparıldı, birinci cərrahi işlənildi”.

Elnur Vahidoğlu