• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1184
— 27.01.2018 11:26

Şəmkirin İrmaşlı kəndində fərdi yaşayış evlərinin tikintisi sürətləndiriləcək

KepezTV Player

5 min nəfərə yaxın əhalisi olan Şəmkirin İrmaşlı kəndində ötən bir il ərzində yeni məktəb binası inşa olunub, poçt və elektron ATS yaradılıb. Abonentlər fasiləsiz olaraq qaz və işıqla təchiz edilir. Yerli əhalini narahat edən əsas məsələ isə kəndi qonşu yaşayış məntəqəsi ilə birləşdirən yolun normal vəziyytdə olmaması, eləcə də suya olan ehtiyacın tam ödənilməməsidir. Bu barədə İrmaşlı kənd sakinləri rayon rəhbərliyinin görüşündə məsələ qaldırılıb. Sakinlər tərəfindən qaldırılan məsələlərin mərhələli şəkildə həll edilməsinə qərar verilib. Eyni zamanda gənc ailələrin yaşam səviyyəsinin yaxşılaşdırılması üçün yeni fərdi yaşayış evlərinin tikintisinin zəruriliyi önə çəkilib. Sakinlər bir neçə şəxsi məsələlərlə də çıxış edib. Həmin müraciətlərin həlli istiqamətində aidiyyatı struktur rəhbrələrinə tapşırıqlar verilib.

Natiq Hüseyn