KepezTV Player
Gəncədə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunan silsilə yarışlardan sonuncusu başa çatıb. Söhbət mini-futbol üzrə şəhər turnirindən gedir. 12-13 yaşlı oyunçular arasında keçirilən yarışda 10 komanda iştirak edib. Mükafatlar uğrunda ayrı-ayrı idman məktəblərini təmsil edən kollektivlər mübarizə aparıb. Bir həftə davam edən turnirdə komandalar əvvəlcə qrup oyunlarında çıxış ediblər. Bu mərhələdə ən yaxşı nəticə göstərənlər yarımfinalda, dördlər finalının qalibləri isə həlledici görüşdə qarşılaşıblar. Beləliklə, final oyununda “Azəri” ilə “Kəpəz” komandaları üz-üzə gəlib. Maraqlı mübarizə şəraitində keçən oyun birincililərin 4-3 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Azəri” yarışın qalibi olub.
Azad Rəfi
- Baxış: 704