KepezTV Player
Gəncədə sakinlərini narahat edən məsələlər şəhər rəhbərliyi tərəfindən dinlənilib. 50 nəfərdən çox vətəndaşın təklif, müraciət və şikayətləri əsasən işlə təminat, fərdi mənzillərin təmirinə və sahibkarlıq fəaliyyətinə dəstək sahəsində olub. Eləcə də müalicə ilə bağlı köməkliyin göstərilməsi, torpaq sahəsi ilə təminat, mənzil şəraitinin yaxşılaşdırılması kimi məsələlər də qaldırılıb. Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb. Müraciətləri həll olunan vətəndaşlar minnətdarlıq ifadə ediblər.
- Baxış: 791