• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 26.01.2018 13:29

Qəzalarda ölən və yaralananlar var

KepezTV Player

Qəzalar peşmanlıq yaşatmaqda davam edir. Bu səbəbdən həyatını və sağlamlığını itirənlər var. İzləyək.

Salyanda piyadavurma hadisəsi olub. Rayonun Yenikənd kəndində kənd sakini, 26 yaşlı Elxan Əliyev idarə etdiyi “VAZ 21015” markalı avtomobillə Həsənli kənd sakini, 36 yaşlı Rəşad Xanəliyevi vurub. Yaralı Salyan rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Ağstafada da yolu keçmək istəyən piyadanı avtomobil vurub. Nəticədə ağır bədən xəsarətləri alan rayon sakini, 43 yaşlı Sabit Musayev xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Daha bir qəza Xudat-Yalama yolunda qeydə alınıb. "Priora" markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər – 38 yaşlı Elşad Alibekov, onun həmyaşıdı Zamin Nəsirov və 48 yaşlı Mehman Babayev xəsarət alıb. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Onlardan ikisi evə buraxılıb, Mehman Babayevin müalicəsi isə tibb müəssisəsində davam etdirilir. Paytaxtın Binəqədi rayonunda baş verən qəza anı hərəkətdə olan digər nəqliyyat vasitəsində olan kamarelara düşüb. Görüntülərdən də göründüyü kimi əvvəlcə ağ rəngli Mercedes markalı avtomobil yüksək sürətlə təhlükəli manevr edir. Bu zaman onun arxasınca sürətlə gələn digər Mercedes markalı avtomobil yolun sol zolağı ilə hərəkət edən avtomobilə arxadan çırpılır. Hadisə zamanı qəzanı törədən Mercedesin sürücüsü yüngül xəsarətlər alıb. Qəza yerinə yol polisləri gəliblər. Sürücülərin izahatı alınıb. Avtomobillər cərimə meydançasına aparılıb. Faktlarla əlaqədar araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı