• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 25.01.2018 14:37

Şadlıq evlərində xidmət göstərib vergi ödəməyənlər cərimələnəcək

KepezTV Player

Restoran və şadlıq evlərində çalğıçı və rəqqas kimi çalışanlar, foto və video xidmət göstərənlərin vergiyə cəlb edilməsi, Vergi Məcəlləsinə edilən dəyişikliyin tətbiqi ilə əlaqədar onların məlumatlandırılması aparılır. 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları Gəncənin bir neçə şadlıq saraylarında olaraq sabit vergi ödəyicisi kimi qeydiyyatdan keçmə, fəaliyyət istiqamətinə görə ödəniləcək məbləğ və bununla bağlı qanunvericiliyin tələbləri barədə adiyyatı şəxsləri maarifləndiriblər. Ölkə üzrə tətbiq olunan əmsallara görə, Gəncə şəhərində fəaliyyət göstərən qeyd olunan peşə sahibləri hər ay 45 manat vergi ödəməlidir. Əks təqdirdə vergidən boyun qaşıranların fəaliyyəti məhtudlaşdırılacaq və onlar cərimə olunacaqlar.

Rauf Mirzəyev - 12 saylı Ərazi Vergilər Departamentinin idarə rəisi:  “Sabit məbləği almayan verigi ödəyicisinə ilk olaraq həmin məbləğin 40% dəyərində cərimə tətbiq olunur. İkinci dəfə vergi ödəyicisi ilə bağlı qanun pozuntusu aşkar olunarsa ümumi məbləğin 100% qədərində maliyyə sanksiyayı tətbiq olunur.Deyək ki, 45 manat vergi ödəməli olan şəxs ilkin olaraq 18 manat, ikinci halda isə 45 manat cərimələnəcəkdir.

Xaliq Qurbanlı