KepezTV Player
Şəmkirin Aşağı Seyfəli kəndində sakinlər tərəfindən qaldırılan sosial problemlər rayon rəhbərliyi tərəfindən dinlənilib. Kənd daxili yolların təmiri, elektrik və qaz təsərrüfatında təmir-bərpa işlərinin sürətləndirilməsi, eləcə də gənc ailələrə pay torpaqlarının ayrılması səslənən müraciətlər sırasında üstünlük təşkil edib. 7 mindən çox əhalisi olan kənddə həlli yerindəcə mümkün olan müraciətlər sakinlərin xeyrinə yoluna qoyulub. Sonra daxili imkanlar hesabına yeni salınan futbol meydançası ilə tanış olan rayon ictimaiyyəti rayon birinciliyinində üz-üzə gələn Aşağı Seyfəli və Könüllü komandaları arasındakı matçı da izləyiblər. Görüş meydan sahiblərinin qələbəsi il yekunlaşıb.
Natiq Hüseyn
- Baxış: 521