• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 25.01.2018 10:58

Düşüncənin köməyilə idarə olunan ekzoskelet hazırlandı

Lozannanın politexnik Federal məktəbinin (EPFL) bir qrup araşdırmaçısı beyin impulslarının köməyilə idarə olunan yüngül ekzoskelet düzəldiblər. Bu qurğunun əlil insanlar üçün çox faydalı olacağı deyilir. O özündə elektrodlu yumşaq elektroensefaloqrafiya (EEQ) dəbilqəsi, bloku motorla idarə olunan beyin impulsları sabitləşdiricisi və ona qoşulan 5 ədəd metal tendon kabelləri birləşdirir. Sonuncular qol boyu uzanır və yapışqanla barmaqların xaricinə bərkidilir, belədə əlin içi sərbəst olur. Araşdırmaçıların sözlərinə görə, pasientə bütün bu elementləri geyindirmək və ekzoskeleti işə salmaq üçün cəmi bir neçə dəqiqə vaxt lazımdır. Amma əsas özəlliklər bununla bitmir: qurğu həddindən artıq yüngül alınıb. Hətta sistem istifadəçinin xüsusiyyətinə uyğun müxtəlif idarəetmələrə sahibdir. Məsələn, ekzoskeleti gözlərin hərəkəti ya da smartfon vasitəsilə səsli əmrlərlə idarə etmək imkanı var. Qurğunu insult keçirən və onurğa beyni travması alan pasientlər üzərində uğurla sınaqdan keçiriblər. Yeni ixtiranın nə zaman satışa çıxarılacağı bilinmir.