• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 25.01.2018 10:55

Yeni Kia modelini Lamborghini ilə müqayisə etdilər

Kia şirkəti yeni Forte sedanını Lamborghini Aventador superkarı ilə müqayisə edib. Əyləncə xarakterli videoda sedanın italyan kupesindən hansı üstünlüklərə malik olduğu göstərilir. Kiada düşünürlər ki, ən əsas özəllik Fortenin 4 adi qapısı və Aventadordan 3 dəfə böyük olan baqajının mövcudluğudur. Bundan savayı, koreyalı sedanda multimedia sisteminin sensorlu ekranı, smartfon üçün naqilsiz enerji yığanı və 5 oturacağı var. Lamborghininin əlbəttə ki, Fortedən sürətli olduğu etiraf edilir, amma qeyd olunur ki, 400 min dollarlıq Aventadorun əvəzinə Forte sedanı və İtaliyada kiçik bir villa almaq olar. Yeni Kia Forte Detorytda debüt edib. Sedan 149 at güclü motor və variatorla təchiz olunub.