Əlillər Gəncədə peşə kurslarına cəlb edilib, özü də sağlamlıq imkanları məhdud olmayanlarla birgə. Qərb bölgəsində ilk dəfə olaraq görülən bu işə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstək verir və kurslar “Əlil Qadınlar” cəmiyyətinin Gəncə şəhər şöbəsində təşkil edilib.
Məcid Yusifov - fiziki məhdudiyyətli şəxs: Müxtəlif dil bacarıqlarına və komputerə yiyələnmək üçün peşə hazırlığı kurslarına yazıldım. Çalışacam ki, bu peşələrə sahib olum və gələcəkdə mühasib kimi işləyim.
“Elm İnkuliziv Peşə” hazırlığı kursuna cəlb edilənlər tələbat olan peşələrə yiyələnəcəklər. İnteqrasiyalı olan kurs əlil və sağlam insanların birgə, bərabər olması məqsədi ilə reallaşır. Peşə hazırlığı ilə yanaşı əlil insanların cəmiyyətələ ayaqlaşması kursun digər faəliyyət prinsipidir.
Ofelya Aslanova - fiziki məhdudiyyətli şəxs: Özüm evdə 8 ilə yaxındı rəssamlıqla məşğul oluram. Sərgilərdə də iştirak etmişəm. Çalışıram ki, daha da artığını öyrənim. Ona görə də Əlil Qadınlar cəmiyyəti Gəncə şəhər şöbəsinə müraciət elədim.
Çiçək Əmrahova - tələbə: Gəncə şəhərində fəaliyyət göstərən Əlil qadınlar cımiyyətinin təşkil etdiyi Elm İnkuliziv təhsil kursunda tibbi biliklərlərlə bağlı təhsil alacam. Çox şadam ki, burada əlil şəxslərlə birlikdə təhsilimi davam etdirəcəm.
Kursa qeydiyyatda yaş məhdudiyyəti yoxdur və 10-a yaxın peşə üzrə tədris aparılacaq.
Elmira İsmayılova - “Əlil Qadınlar” Cəmiyyəti Gəncə Şəhər şöbəsinin sədri: 2017-ci ilin dekabırında möhtərəm prezidentimizin inkuliziv təhsillə bağlı verdiyi sərəncama əsasən kurs bütün lazım olan sənədlər əsasında fəaliyyətə başlayacaq. Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin də bu haqda məlumatı var. Əlilliyi olmayan insanlar üçün kurs təsərrüfat hesablı olduğu üçün pullu olacaq. İstər əlilliyi olan və istərsədə əlilliyi olmayan şəxslərin müraciəti əsasında bizim kursdan razı gedəcəklər.
İxtisaslı müəllimlərin tədris edəcəyi peşələr üzrə kurslar fevraldan başlayacaq və kursu bitirənlərə sertifkat və ya diplom veriləcək.
- Baxış: 743