• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2128
— 24.01.2018 14:03

Gəncə Olimpiya İdman Kompleksində kikboksinq üzrə turnir keçirilib

KepezTV Player

Yarış 20 yanvar şəhidlərinin və iki növdə dünya üçüncüsü Emin Bayramovun xatirəsinə həsr olunub.

Turnirin rəsmi hissəsində 1990-cı ildə Bakıda baş verən qanlı hadisələrdən danışılıb. 20 Yanvar faciəsinin əsla unudulmayacağı və xalqımızın qan yaddaşında əbədi yaşayacağı vurğulanıb. Açılış mərasimində həmçinin, faciəvi şəkildə həyatını itirən Emin Bayramovun da idmançı karyerasına nəzər salınıb, qazandığı uğurlardan bəhs olunub. 

Ənənəvi yarışda 150-yə yaxın kikboksinqçi mübarizə aparıb. 5 yaş qrupu üzrə müxtəlif çəki dərəcələrində Gəncə idmançıları ilə yanaşı, Samux, Kəlbəcər  eləcə də digər şəhər və rayonların təmsilçiləri rinqdə bacarığını göstərib.

Yarışın nəticələrinə əsasən, turnirə ev sahibliyi edən 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirmələri daha yüksək nəticələr əldə ediblər. Aşağı yaş qruplarında Elşən Əliyev, Taleh Bayramov, Əli Alıyev, Amin Məmmədli, Akon Azadov, Fərda Həsənov, Sənan Nuriyev, Zaur Məmmədov, Elcan Cəfərov və İlkin Nəsibov baş mükafata layiq görülüb. Yuxarı yaş qrupularında isə Rövşən Əmrahov, Hüseyn Əsgərov, Ramal Axundov, Pünhan Bernu, Hidayət Kərimov və Rauf Cəfərov yarışın qalibi olub.

 

Azad Rəfi