Gəncədə sərf olunan suyun pulunu ödəməyənlər, sıradakı xəbərimiz sizədir. Susuz qalmaq təhlükəsi var. Keçirilən reyd belə deməyə əsas verir.
Evdə heçkim yoxdur, atam işdədir axşam gələrsiz, bizim su idarəsinə heç bir borcumuz yoxdur. Gəncədə Su təsərrüfatı əməkdaşlarının apardığı reyd zamanı qapı arxasından səslənən ifadələr bunlar olub.
Bəxtiyar Məmişov - Gəncə Su Kanal Törəmə Səhmdar Cəmiyyətinin şöbə rəisi: Bildiyimiz kimi Gəncə şəhərində suyun vaxtı vaxtında verilməsində heç bir problem yoxdur. Lakin buna baxmayaraq abonentlərimiz üzərilərinə düşən vəzifələri yerinə yetirməyərək su haqqının ödənişində zəif iştirak edirlər. Bununla əlaqədar olaraq şəhərin bütün küçələrində hər gün reydlər aparırıq, suyun pulunu ödəməyən abonentlərin suları bir qayda olaraq xəbərdarlıqsız kəsilir. Mən abonentlərimizdən xahiş edirəm ki, işlətdikləri suya görə, ödənişi gecikdirməsinlər.
İşlədilən suyun pulunun tam ödənilməməsi Gəncədə yığım faizinin 50-dən aşağı olması ilə nəticələnir. Şəhər üzrə 62 min abonentdən 18 mini mexaniki sayğacla suyun pulunu ödəyir. Ödənişi aparmayan abonentlər isə sudan sayğacsız istifadə edənlərdir.
- Baxış: 663