• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 24.01.2018 13:24

Külli miqdarda narkotik müsadirə olunub

KepezTV Player

Paytaxtın Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.Araşdırmalarla onun Bakı şəhər sakini Akif Axıyev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 0,18 qram heroin aşkar edilib. Yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 301 qram heroin, 2 qrama yaxın tiryək və 0,9 qram “Tromodol” aşkar edilərək götürülüb. Bundan başqa, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Aşağı Qaramanlı kənd sakini Seymur Xankişiyevin üzərindən 11 qram, evinə baxış zamanı isə 385 qram marixuana aşkar edilib. Daha bir əməliyyatı Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları keçiriblər. Şəhər sakini, əvvəllər məhkum olunmuş İmadil Qocamanovdan 445 qram marixuana götürüblər. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Qeyd olunan faktlarla bağlı rayon polis şöbələrində cinayət işləri başlanılıb.

 

Zülfiyyə Telmanqızı