KepezTV Player
Gəncə şəhərində gecə klubunda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb. Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd və xuliqanlıq maddələri ilə cinayət işi başlanılıb. Hadisə ilə bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.Qeyd edək ki, yanvarın 22-də gecə saatlarında Gəncə şəhərində fəaliyyət göstərən gecə klubunda kütləvi dava baş verib. Hadisə nəticəsində üç nəfər - Şəmkir rayon sakinləri, 22 yaşlı Orxan Rzazadə, 25 yaşlı Orxan Rüstəmov və 24 yaşlı Orxan Məmmmədov bıçaqlanıblar.
Zülfiyyə Telmanqızı
- Baxış: 706