• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 24.01.2018 10:03

Çinlilər pəncərəsiz krossover hazırladılar

Çinin GAC şirkəti Detroytda Enverge adlı konseptual crossover görüntüləyib. Onun əsas özəlliklərdən biri yan pəncərələrindən məhrum olmasıdır. Tam ötürücülü prototip tamamilə elektrikli güc sistemi ilə hərəkətə gəlir. Bu sistem 71 kilovatt-saat həcmli batareyadan qidalanır. Aqreqat 238 at gücünə malikdir. Yaradıcıların ideyalarına görə, Enverge yerindən 100-ü 4,4 saniyəyə yığır, maksimal sürətsə saatda 160 kilometrə çatır. GAC Enverge-nin bir dəfəyə 592 kilometr məsafə gedə biləcəyi deyilir. Maşın naqilsiz enerji doldura bilən akkumlyatora sahibdir. 10-ca dəqiqəyə gediş ehtiyatını 380 kilometrə çatdırmaq olar. Yeni avtomobil haqqında daha ətraflı məlumat verilmir. Rəsmilər sadəcə bunu deməklə kifayətləniblər ki, prototip virtual reallıq sistemi də qazanıb. Amma onun necə işləyəcəyi naməlumdur.

 

Cavanşir Məmmədzadə