• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 24.01.2018 10:02

Yeni Ram 1500 pikapı hibridli oldu

Fiat Chrysler Automobile konserninin tərkibinə daxil olan Ram markası Detroyt avtosalonunda Ram 1500 pikapının yeni nəsil modelini sərgiləyib. Yenilik orta-hibrid güc sisteminə, pnevmatik asma, əlavə amplitutadan asılı amortizatorlar və yeni offroud paketinə yiyələnib. Ram 1500-in motor qammasına 3,6 litrlik V6 və 5,7 litrlik V8 hibrid mühərriklərlər daxildir. Hər iki atmosfer motora E-Torque əlavə edilib. Söhbət 48 voltluq starter-generator və 0,43 kilovatt-saat həcmli litium-ion akkumlyatordan gedir. E-Torque qısa müddətlik fırlanma anını artırmaq iqtidarındadır. O, hətta V8 motoruna silindrlərin dayandırılmasından daha effektiv istidafə etməyə kömək edir. 6-lıq aqreqatın gücü 309-a bərabərdir. 8-lik isə 401 at gücündədir. Mühərriklər alternativsiz 8 pilləli avtomatik sürət qutusu ilə işləyir. Ram 1500-in kontruksiyasında alüminium və yüksək dözümlü poladdan yararlanıblar. 102 kiloqram yüngülləşən pikap elektronla idarə olunan aerodinamik qalxanla təchiz edilib. O, sürət 48 km/saatdan çox olanda ön bamperdən sürüşüb çıxmaq iqtidarındadır. Daxildə isə müasir avtomobillərdə rast gəlinən avadanlıqlar var.

 

Cavanşir Məmmədzadə