• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 24.01.2018 10:01

WhatsApp Business messenceri istifadəyə verildi

WhatsApp şirkəti kiçik biznes təşkilatlarının müştərilərlə ünsiyyətinin sadələşdirilməsi üçün nəzərdə tutulan yeni WhatsApp Business messencerini istifadəyə verib. Yeni proqramda istifadəçilər biznes profilinin yaradılması funksiyasından yararlana biləcəklər. Müştərilər profildən istifadə etməklə şirkət, elektron poçt, internet səhifəsi və ya fiziki ünvan haqqında məlumat əldə edəcəklər. Akkaunt biznes hesabı kimi qeyd ediləcək, telefon nömrəsi yoxlanıldıqdan sonra isə yoxlanılmış biznes akkauntu kimi göstəriləcək.

WhatsApp Business əlavəsində, həmçinin statistika təqdim olunacaq. Məsələn, akkaunt istifadəçisi müxtəlif ünsiyyət üsullarının məhsuldarlığının qiymətləndirilməsi üçün oxunan məlumatların sayı haqqında informasiya ilə tanış ola biləcək.

Bundan başqa, əlavədə bildirişləri idarə etmək, eləcə də bir neçə qrupa bölmək mümkün olacaq. Hazırda İndoneziya, İtaliya, Meksika, İngiltərə və ABŞ-da yüklənilən, Android əməliyyat sistemi üçün nəzərdə tutulan əlavənin yaxın həftələr ərzində başqa ölkələrdə də istifadəyə veriləcəyi gözlənilir. 

 

Cavanşir Məmmədzadə