• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1699
— 23.01.2018 14:00

Qadının evindən seyfi oğurladı

KepezTV Player

Bakıda Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin sentyabr ayında baş verən və zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində şəhər sakini olan bir qadının yaşadığı evə qanunsuz daxil olaraq oradan içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə sakini Nicat İsrafilov saxlanılıb.İsrafilov istintaqa ifadəsində əməlini etiraf edib.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtda ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan 2 nəfər zərərsizləşdirilib. Əvvəllər dəfələrlə məhkum olunmuş Səfər Əliyev və onun qohumu Sakit Əliyevin ötən ilin dekabr ayında və bu ilin yanvar ayı ərzində 40 və 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların cibinə qənim kəsildikləri üzə çıxıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.