• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 22.01.2018 18:12

Qadını ilan sancdı

KepezTV Player

Qışın oğlan çağı olmasına bağmayaraq, Cəlilabadda qadını ilan sancıb. Hacıcavad kəndində Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istəyən zaman bağlamanın arasında olan ilan onun sol əlini sancıb. Qadın yaxınları tərəfindən kəndin həkim məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə zərdab vurulub, müalicəsi reanimasiya şöbəsində davam etdirilir. 

 

Zülfiyyə Telmanqızı