• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 22.01.2018 18:46

Evə basqın edənlərdən daha ikisi saxlanıldı

KepezTV Player

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məlhəm kəndindəki evlərdən birinin sahibinə və onun arvadına qarşı quldurluq etmiş cinayətkar qrupun 2 üzvü müəyyən edilib. Kənan Səfərov və İbrahim Mustafayev saxlanılaraq istintaqa təhvil veriliblər. Qeyd edək ki, Məlhəm kəndində yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və arvadının əl-ayaqlarını yapışqanlı lentlə bağlayaraq döyüblər. Oradan 12 min manat, 3000 ABŞ dolları və 100 min rubl aparılıblar. Həmin şəxslərdən 3-ü “isti izlər”lə Sumqayıt şəhərində, 1 nəfər isə Şamaxı rayonunda saxlanılıb.