• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 22.01.2018 14:32

Goranboy rayonunun Borsunlu kəndində tarixi əhəmiyyətli abidə aşkarlanıb

KepezTV Player

“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisindəki Kərpiclitəpə adlı yerdə tarixi əhəmiyyətli abidə aşkarlanıb. Ötən il həmin ərazidə aparılan qazıntılar zamanı çoxlu sayda şirli və şirsiz saxsı qablar və onların fraqmentləri, müxtəlif heyvan sümükləri, mis sikkələr, şüşə qab və qolbaq fraqmentləri, gil və pasta muncuqlar, dəmir və sümükdən hazırlanan məmulatların detalları və daş əmək alətləri tapılıb. Aşkar edilən tikili qalıqları, saxsı qablar və numizmatik materiallar bu abidənin orta əsrlərin inkişafı dövrünə, daha dəqiq desək, X əsrin sonları - XIII əsrin əvvəllərinə aid olduğunu göstərir.