Fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu heyvanlar qarayara xəstəliyin, itlər isə quduzluğa qarşı peyvənd edilir. Goranboylu fermerlər rayondakı epizootik vəziyyəti sabit saxlamaq üçün profilaktik tədbirləri davam etdirir.
Yanvarın 5-dən başlayaraq rayon baytarları tərəfindən 10 mindən çox iribuynuzlu heyvana qarayaraya qarşı peyvənd vurublar. 1500-dək sahibli itə qarşı da quduzluq əlehinə prrofilaktik tədbir görülüb. Bu məqsədlə Goranboy Rayon Baytarlıq İdarəsinə 41 min 500 doza qarayara, 5 min 100 doza quduzluğa qarşı vaksin gətirilib.
Elsevər Hüseynov - Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi: Goranboy rayon ərazisində kənd təsərrüfatı nazirliyi tərəfindən təsdiq olunmuş epizootiya əlehinə profilaktika, diaqnostika tədbirlərinə uyğun olaraq 2018-ci ilin müalicə profilaktika tədbirlərinə başlanılmışdır. Hal-hazırda bizim apardığımız tədbirlər xüsusi təhlükəli xəstəlik olduğuna görə əvvəlcədən tədbir aparılır ki, xəstəlik baş verməsin.
Qarayaranın xüsusi təhlükəliliyi heyvanlar arasında kütləvi ölüm hallarına səbəb olmaqla insanlara keçmə riski daşımasıdır. Xəstəliyə qarşı profilaktik tədbirlər aparılması təsərrüfat sahiblərini də razı salıb.
Sahib Nuruyev - təsərrüfatçı: İndi qarayara xəstəliyinə qarşı iynə vurdular. Bruselyoz xəstəliyinə qarşıda iynə vurublar bundan qabaq. Yayda da dabağa qarşı iynə vururlar nəticəsi çox yaxşı olur.
Fəzail Nuruyev - təsərrüfatçı: Bizim təsərrüfatda həm iribuynuzlu həmdə xırdabuynuzlu heyvanlar var. Rayon baytarlıq idarəsi tərəfindən vaxtlı vaxtında vaksinlər aparılır, qan analizləri götürülür. Artıq neçə ildir ki, bizim təsərrüfatda yolxucu xəstəlik baş vermir.
Qarayara xəstəliyinin profilaktikası yekunlaşdıqdan sonra, heyvanlar arasında vərəmə qarşı tədbirlərə başlanılacaq. Rayon ərazisində 42 min baş iribuynuzlu, 237 min baş xırdabuynuzlu, 2 min baş isə təkdırnaqlı heyvan, 500 min başdan artıq isə ev quşu saxlanılır. Aparılan profilaktik tədbirlər nəticəsində rayon ərazisində epizootik vəziyyət sabitdir.
- Baxış: 821