• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1252
— 22.01.2018 13:21

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

KepezTV Player

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib. Cinayət əməli törətdiklərinə görə axtarışda olan iki nəfər isə Masallı rayonu ərazisində narkotiklə tutulub.Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yerləşən istirahət mərkəzlərindən birinin kotecində istirahət edən, rayonun Hişkədərə kənd sakini, Rusiya Federasiyasında Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə axtarışda olan 44 yaşlı Namiq Feyzullayev və Bakı şəhər sakini, Azərbaycan Respublikasının CM-nin 177.2.5-ci maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan 39 yaşlı Elza Yarıyeva saxlanılıb. Saxlanılan zaman onun üzərindən 11.9 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı