• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1390
— 21.01.2018 17:58

Göygöldə avtomobilindən düşən sürcünü hərəkətdə olan avtomobil vurub

Göygöldə rayonun da avtomobilindən düşmək istəyən Daşkəsən rayon sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə Göygöl rayonunun Yeni Qızılca kəndində baş verib. Daşkəsən rayon Quşçu kənd sakini  42 yaşlı Vüqar Alıyev özünə məxsus “VAZ 2106” markalı minik avtomobilindən düşmək istəyən zaman hərəkətdə olan "QAZel" markalı avtomobil onun avtomobilinin qapısına çırpılıb. Müxtəlif bədən xəsarətləri alan Vüqar Alıyev   dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə  gətilib. Ona ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. 

Sin Məharət Kərimov həkim – “Sol əlin üst hissəsinin və barmaqların müxtəlif ölçülü əzilmiş, didilmiş ağır dərəcəli travmatik ambutasiya səviyyəsində olan xəstə gətirilmişdi. Xəstəyə ilkin yardım göstərildi, travmatoloji tədbirlər aparıldı. Hal hazırda xəstə stasionar müalicədədir. Ümumi vəziyyətini orta ağırlıqda qiymətləndirmək mümkündür”.

Elnur Vahidoğlu