• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 20.01.2018 15:48

Qərb bölgəsində 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edilir

KepezTV Player

Azərbaycan tarixində qanla yazılan 20 yanvar təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Qərb bölgəsinin şəhər və rayonlarında baş tutan anım mərasimlərində səslənən yekdil fikir belədir.

Bu il xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.Vətən uğrunda canlarını qurban verən mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanları  xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi qürurla anılır.20 Yanvarın mənasını, tariximizdəki yerini və rolunu illər keçdikcə daha aydın dərk edirik. 28 il öncə sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalan Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçən Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.Şəmkir 1990-cı ilin 20 yanvar günü Azərbaycan tarixinin həm hüzn, həm  də qəhrəmanlıq səhifəsidir. Bu faciə, imperiyanın tək Azərbaycan  xalqına qarşı  yox, eyni zamanda bəşəriyyətə, insanlığa qarşı yönəldilən soyqırım siyasəti olub. Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan mərd mübarizlərin məzarlarının ziyarət olunmsı, göstərilən ehtiram onların unudulmadığı, daim qəlblərdə azadlıq carçıları kimi yaşayacaqlarının sübutudur.

Müstəqilliyimiz uğrunda, torpaqlarımızın ərazi bütovlüyü naminə canlarını qurban verən şəhidlərimizin xatirəsi ehtiramla yad olunur, məzarları üzərinə tər çiçəklər düzülür. Bu şəhid olan soydaşlarımızın unudulmaz xatirəsinin xalqın qəlbində əbədi yaşayacağına və nahaq qanın yerdə qalmayacağına əminlik ifadəsidir. Çünki 28 il öncə əliyalın halda zirehli texnika və silahlı əsgərlərin qarşısına çıxan sadə əhali bununla xalqımızın cəsarəti, qorxmazlığı nəinki imperiya, bütün dünyaya nümayiş etdirmiş oldu.

20 Yanvar faciəsi xalqımızın uzun illər boyu azadlıq və müstəqillik arzusunu reallığa çevirdi. Bu yolda aparılan mübarizənin silah gücünə belə yatırmağın mümklünsüzlüyünü otraya qoydu. 28 il əvvəl baş verənlər xalqın milli mənlik hissinin varlığının axıdılan qanla bir daha tərənnümü idi. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecədə yaşananlar hadisələrdən 28 il ötməsinə baxmayaraq, şəhidlərin əziz xatirəsinin heç vaxt unudulmayacağını şəhidlər xiyabanına xalqın axın etməsi bir daha təsdiqləyir.

20 yanvar faciəsi qurbanları, eləcə də vətənimizin azadlığı və torpaqlarımızın suverenliyi uğrunda şəhid olanların anılması gənclərin vətənpəzvər ruhda formalaşması və yanla yazılan tariximizin unudulmaması baxımından da önəmlidir. Xalqımızın qan yaddaşına qızıl hərflərlə yazılan 20 yanvar günü qəhrəmanlıq səhifəsinin başlanğıcı kimi qiymətləndirilir, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağını əminlik yaradır.

20 Yanvar hadisəsi Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ordu qarşısına əli yalın çıxan xalqın öz azadlıq eşqini və arzusunu bütün dünyaya nümayiş etdirib, öz qanı bahasına müstəqilliyini qazanıb. Yanvar faciəsinə isə  ilk siyasi-hüquqi qiyməti Ulu öndər Herydər Əliyev tərəfindən verilib.

İctimayyət nümayəndələrinin mübarizlik simvolu olan Şəhidlər xiyabanlarına axın etməsi, 20 yanvar faciəsinin qurbanlarını, həm də şəhidlik zirvəsi ucalan övladların yad edilməsi tarixə, onun qanla yazılan səhifələrinə göstərilən hörmətdir. Bu gün şəhər və rayonlarımızda yaşanan izdiham şəhidlərin unuduımaz ruhuna hörmət və faciələrlə yazılan qəhrəmanlıq tariximizə yenidən baxışdır.