• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1258
— 19.01.2018 15:18

Ramal Amanov növbəti döyüşlər üçün hazırlığa Gəncədə başlayıb

KepezTV Player

Əsasən Moskvada məşq edib görüşlərini Rusiyada keçirən Amanov doğma şəhərdə fiziki çalışmalar üzərində işləyir. Məşqlərin ilk mərhələsi gücün və dözümlülüyün artırılması üzərində qurulub. Gəncəli boksçu ötən il iki döyüş keçirib və hər ikisini qələbə ilə başa vurub. Ümumiyyətlə, Amanov karyerası ərzində 11 görüşə çıxaraq bütün hallarda rinqi əli havada tərk edib. 2013-cü ildən peşəkarlar arasında vuruşan 34 yaşlı dəri əlcək ustası WBA versiyaları üzrə Fedelatin və İnterneyşnl çempion kəmərlərinin sahibidir. 

 

Azad Rəfi