Ötən qərb bölgəsindən olan əlillər protez və reabilitasiya vasitələri ilə təmin olunmaqla yanaşı, stasionar müalicəyə də cəlb olunublar. Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialında fəaliyyət göstərən emalatxanada da bir sıra protezlər və reablitasiya vəsaitləri istehsal olunub və bu da regionda yaşayan əlil vətəndaşların lazımi vasitələrlə təminatını asanlaşdırıb.
Seymur Hətəmov - əlil: Qolumda inkişaf az gedir. Bununla bağlı ortopedik bərpa mərkəzinə müraciət etdim. Məni xəstə kimi qeydiyyata aldılar. Artıq neçə müddətdir burada müalicə alıram. Və istər masaj olsun istər digər müalicələr olsun çox xeyrini görürəm.
Ötən il Qərb regionundan Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialına müraciət edən 5 mindən artıq əlil reabilitasiya vasitələri və protezlərlə təmin edilib. Təminatla yanaşı köhnə protezlərin təmiri də həyata keçirilib.
Nəriman Qurbanov - Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialının əməkdaşı: Bizə müraciət edən əlilləri bizdə fəaliyyət göstərən protez ortez sexi vasitəsi ilə onları protez və ortezlərlə təmin edirik. Ümumiyətlə bizə müraciət edən əlillərin sayından asılı olmayaraq bizim onları qeyd etdiyim vasitələrlə təmin etmək gücümüz var. Bununla belə bir sıra reablitasiya vasitələri də burada hazırlanır və əlillərə verilir. Filialda olmayan reablitasiya vasitələrini isə Bakıdan sifariş edərək 2 aydan gec olmayaraq müraciət edən əlili həmin reablitasiya vasitələri ilə təmin edirik.
Ötən il mərkəzə 320 nəfər ilk dəfə müraciət edib. Eləcə də 80 əlil stosionar müalicə kursu keçib.
Baş həkim Ayaqlarında, güdüllərində yara, şiş, uyuşma olanlara qarşıda müalicə aparırıq. Bel ağrıları olanlara dartma traksion aparatlarımız var. Bundan başqa elektrofarez, fonofarez və digər bu cür fizioterapevtik müalicələr aparılır.
Protez Ortopedik Bərpa Mərkəzinin Gəncə filialı tərəfindən ötən il hərəkət qabiliyyəti məhdud 111 əlilə yaşadıqları ünvanda əlil arabaları da verilib.
Elton Cabbarlı
- Baxış: 551