• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2307
— 19.01.2018 13:11

Gül dükanı yandı, qadın ağır xəsarət aldı

KepezTV Player

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib. Gecə saatlarında Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Alovun qarşısı alınsa da, dükanın sahibi, 62 yaşlı Nərgiz Əmiraslanova ağır yanıq xəsarətləri alıb. Bədəninin 65 faizi yanan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıya, Respublika Yanıq Mərkəzinə göndərilib. Hadisənin səbəbləri araşdırılır.

 

Zülfiyyə Telmanqızı