• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 19.01.2018 10:03

Lexus superdəbdəbəli yolsuzluq avtomobilini göstərdi

Lexus-un yeni flaqman krossoveri Detroyt avtosərgisində debüt edib. LF-1 Limitless texnologiyanın yeni mərhələsini və markanın dizayn inkişafını nümayiş elətdirir. Konseptin uzunluğu 5, eni 2 metrə yaxın, hündürlüyü isə 1,6 metr təşkil edir. Təkər bazası təxminən 3 metr olan krossoverin dizaynı Toyotanın Kaliforniya studiyasının əməkdaşları tərəfindən işlənib. O, əridilmiş metal və iti kənarları olan ənənəvi yapon qılıncı ilə vəhdət təşkil edir. Güc sistemi barədə məlumat olmasa da, bilinən odur ki, LF-1 konseptini hidrogen, hibrid, benzin və tamamilə elektrik motorlarla təchiz etmək olar. İnteryer yaponların qonaqpərvərlik fəlsəfəsinə uyğun ərsəyə gətirilib. Burada dizaynerlər fiziki düymələrdən, keçidlərdən imtina ediblər, əvəzində jestləri müəyyən edən sensorlar quraşdırıblar. Salonda metal, ağac, eləcə də tünd və açıq rənglərdən istifadə olunub. Dəbdəbəli krossoverin avadanlıqları arasında avtopilot və 4 ölçülü naviqator sistemi var. O, ənənəvi 3D-naviqasiya kimi işləsə də, əlavə olaraq sərnişin və sürücünün bir sıra istəklərini də yerinə yetirə bilər. Məsələn, sistem hansısa restoranda dayanmağı, benzin doldurma məntəqələrini, ya da hoteldə yer sifariş etməyi təklif eləmək qabiliyyətindədir.

 

Cavanşir Məmmədadə