• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 19.01.2018 10:01

Ford markası adı altında elektroskuter buraxıldı

Ojo Electric adlı Kaliforniya startapı elektriklə işləyən skuter hazırlayıb. O, Ford markası altında buraxılacaq. 2000 dollarlıq skuterin əsasını alüminium və ABS-plastika materialı təşkil edir. Arxa təkərin üzərində 500 vattlıq elektromor qərarlaşıb. Çıxarıla bilən batareya ilə bir dəfəyə 40 kilometr məsafə qət etmək mümkündür. Enerji doldurma müddəti isə təxminən 5 saat davam edir. Əlavə akkumlyator hesabına bu göstəricini artırmaq olar. Maksimal sürətsə 32 km/saatdır. Avadanlıqlardan işıq diodlu arxa və ön optika, sensorlu alətlər paneli, Bluetooth-u dəstəkləyən audiosistemi göstərmək olar. 

 

Cavanşir Məmmədzadə