“Kəpəz” çempionatın qış fasiləsi dövründə hazırlığın Bakı hissəsini başa vurub. Komanda bir həftə müddətində əsasən fiziki yöndə hazırlaşıb. Bu müddət ərzində düşərgəyə yeni futbolçular gələrək baxışdan keçiblər. Özlərini ən yaxşı tərəfdən göstərən oyunçularla müqavilə bağlanıb. Paytaxtdakı məşqləri başa vuran “sarı-göylər” bu gün Türkiyəyə yollanıb.
Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq. “Kəpəz” qardaş ölkədə taktiki və texniki çalışmalar üzərində işləyəcək, həmçinin yoxlama oyunları keçirəcək. Türkiyə toplanışı dövründə gəncəlilər Rumıniya, Cənubi Koreya, Polşa və Serbiya klubları ilə qarşılaşacaq.
Nizami yurdunun təmsilçisi fevralın 2-də mövsümün ikinci hissəsinə hazırlığın əsas mərhələsini başa vuraraq vətənə dönəcək.
Azad Rəfi
- Baxış: 499