Dövlət İmtahan Mərkəzi Gəncə Regional Bölməsində bu il keçiriləcək imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək müəllimlər üçün seminar məşğələlərə start verilib. Təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayanlar da prosesə cəlb edilib. Onlara imtahan texnologiyaları və imtahanın gedişi ilə bağlı qaydalar izah edilir, nəzarətçi-müəllimlərin fərdi keyfiyyətləri yoxlanılır, şəxsi anket məlumatları dəqiqləşdirilir, imtahan zalının idarə olunmasında professionallq baxımından mühüm məqamlar izah olunur, imtahanın gedişində rast gəlinən problemləri sistemləşdirərək həlli yolları sadalanır. Eləcə də nəzarətçi-müəllimlərin xüsusi hallarda operativ qərar qəbul etmə qabiliyyətlərini interaktiv üsullarla yoxlanılır. Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar.
- Baxış: 412