• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2346
— 18.01.2018 14:00

“Gübəbaxan bitkisinin beçərilməsi texnologiyası” mövzusunda seminar keçirildi

KepezTV Player

2017-ci ildə Azərbaycanda 5,2 min hektar sahədə günəbaxan becərilib və 31 min tona yaxın məhsul əldə olunub. Bitgidən alınan tumun daxili bazarda kifayət qədər alıcısının olması, məhsulun özünün heyvandarlıqda yem kimi istifadə olunması bu sahənin rentabelliliyini artırıb. Ancaq günəbaxan əkən fermerlərin üzləşdikləri problemlər ölkədə üzrə məhsuldarlığı aşağı salır.
 

Arzu Məmmədov - fermer: Günəbaxan bitkisində müxtəlif zərəvericilər əmələ gəlib. Görüşdə alimlərin tövsüyyəsindən istifadə edərək mübariz üsulları tətbiq edəcəyik sahələrdə. Alimlərimiz çalışırlar ki, daim fermerləimizə dəstək olsunlar.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ötən il ölkədə əvvəlki ilə nisbətən 78,1% çox dən üçün günəbaxan bitgisi əkilib. Məhsuldarlığın yüksək olması isə əkin sahələrinin genişləndirilməsi hesabına aparılıb. Ancaq gübəbaxanda baş verən xəstəlik və zərəvericilərə qarşı optimal müddətdə mübarizənin aparılmamsı, ölkədə bu məhsulu sahələrdən yığan kombayınların çatışmazlığı, məhsulun qurudulması üçün lazımi şəraitin olmaması fermerləri düşündürən məsələlərdəndir. bundan irəli gələrək Azərbaycan Dövlət Aqrar Universitetində “Gübəbaxan bitkisinin beçərilməsi texnologiyası” mövzusunda keçirilən elmi praktiki seminar bu sahənin inkşafına elmi töhvə verməyə hesablanıb.

Fərman Xurşudov - fermer: Biz bu tədbirlərdən aldığımız elmi biliklər, təcrübələr əsasında öz təsərrüfatımızda yeniliklər ayaradırıq. Alimlərimizin göstərişi əsasında kənd təsərrüfatında istər ziyanvericilərə qarşı mübariz, istər əkinçiliyini özünün mədəniyyətini formalaşdırılması məhsul istehsalının artmasına şərait yaradır.

Alimlər fermerlərə elmi əsaslandırlmış formada əkini aparmağa çağırıb, məhsuldarlığı artırmaqla ekoloji təmiz məhsul yetişdirməyin mümkünlüyündən danışıb, torpaqdan səmərəli istifadə edilərək az sahədən daha çox məhsul yetirşdirilməyin mümkünlüyünü izah ediblər.

Nizami Seyidəliyev - ADAU-nun prorektoru: Respublikanın müxtəli rayonlarında günəbaxan yetişdiriən fermerləri ilə görüş keçirdirik. Seminarda əsas məqsəd günəbaxan bitkisini beçərilməsi, aqrotexniki qulluğu, xəstəliyi, zərəvericisi, məhsulun yığılması, daşınması və qurudulması və emalı ilə bağlı onlara ətraflı məlumatlar verilib.

Treyninqə qatılan 10-a yaxın rayondan olan fermerləri bu sahədə maraqlandıran sullar da cavablandırılıb.