Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı artıb. Bunu hemodializ üçün Göygöldə xəstəxanaya edilən müraciətlər deməyə əsas verir. Rayon sakinləri ilə yanaşı ətraf bölgələrdən olanlar da şöbədə müalicə alır.
Göygöldə hemodializə müraciət edənlərın sayında artım nə ilə bağlıdırSahilə Məmmədova - xəstə: Göygöl rayonun Üçtəpə kəndindən gəlirəm. Bir il Yevlax rayonuna getmişəm, iki ildə Gəncədə Abbas Səhət adına xəstəxanaya. İndi isə bir ildi bura gəlirəm. Burada da vaxtlı-vaxtında 3-4 saatdan qoşurlar sonra gedirik.
Göygöl Rayon Mərkəzi Xəstəxanasında 46 nəfər hemodializ prasedurundan keçir. Bunlardan 22-si Göygöl sakinidir. Xəstələr təyin olunan qrafiklə həftədə 2-3 dəfə hemodializ alır. Ötən il xəstəxanada 5782 hemodializ praseduru aparılıb.
Eyvaz Rüstəmov - şöbə müdiri: Şöbə açılanda xəstələrin sayı az idi. 30-a yaxın xəstə var idi. Hazırda isə 46 xəstə var. Bu isə onu göstərir ki, xəstələrin sayı günügündən artır. Artımın səbəbini isə mən bir həkim kimi həm genetik xüsusiyyəti, həm ekologiyanı eyni zaman da vətəndaşların qidalanmasında görürəm.
Hamlet Ömərov - Göygöl rayon Mərkəzi Xəstəxanasının baş həkimi: Hemodializ praseduru keçirilməsə həmin xəstələr artıq qara ciyər problemləri də yaranır və yaşaması qeyri mümkün olur. Xəstələr var ki, 10-15 il hemodializ praseduru qəbul etməklə onların ömrü uzanır, xraniki böyrək çatışmazlığı daha da ağır fəsadlar vermir.
Göygöldə hemodializ şöbəsinin yaradılması Böyrək xəstələrini əlavə xərcdən azad edib.
Ədibə Talıbova - xəstə: Göygöl vətəndaşıyam. İki ildir dialezdayam. Birinci il 8 ay Yevlax rayonunda dealiz alımışam, artıq bir ildir Göygöl rayonunda alıram. Xidmət heyyətindən çox razıyıq, həkim tibb bacısı hər ehtiyacımızı ödəyirlər, qulluğumuzda dururlar.
Xroniki böyrək çatışmazlığı xəstəlirinə dərman və tibbi ləvazimatlarla təminatı dövlət tərəfindən qarşılanır. Xəstələrə şöbədə 2 həkim və 10 orta tibb işçisi xidmət göstərir.
Elnur Vahidoğlu
- Baxış: 434