Salyanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.Belə ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Salyan şəhəri ərazisində əməliyyat tədbirləri həyata keçirilib. Uğurlu əməliyyat tədbirləri nəticəsində Mirbağır Ağazadə küçəsi, ev 42-də yaşayan, Salyan şəhər sakini, 59 yaşlı İbrahim Məmədov şübhəli şəxs qismində saxlanılıb.İlkin istintaq zamanı İbrahim Məmmədov törətdiyi cinayəti etiraf edib.İbrahim Məmmədov əvvəllər də narkotik vasitələrinin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb. Hazırda faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 679