• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 991
— 17.01.2018 13:25

Şəmkirdə silahlı insident yaşanıb

KepezTV Player

Şəmkirdə silahlı insident yaşanıb. Hadisə 20 yanvar küçəsində, Rayon Mərkəzi Bazarının qarşısında baş verib. Küçədə bir nəfər odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 26 yaşlı Mircəlal Mehdiyevə xəsarət yetirib. Güllə yarası alan Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qan itirməsinə baxmayaraq, həkimlər yaralının həyatını xilas edə biliblər. Gənc lazımi tibbi yardımdan sonra palataya yerləşdirilib. Hələlik odlu silahdan atəş açan şəxsin kimliyi məlum deyil. Polis bu istiqamətdə əməliyyat-axtarış tədbirlərini davam etdirilir. Faktla Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Nurlan Qurbanov - həkim: “Şəmkir Rayon Mərkəzi Xəstəxanasının birinci cərrahiyyə şöbəsinə hər iki ətrafın bud nahiyəsinin, sağ budun əlaqəli, sol budun əlaqəsiz didilmiş-deşilmiş odlu silah yaralanması, travmatik şok diaqnozu ilə daxil olub. İlkin yardım olunub, qanaxma dayandırılıb. Xəstənin vəziyyəti orta-ağır olaraq qalır”.

 

Natiq Hüseyn