• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 17.01.2018 10:01

18 yaşlı əlil gənc “Yaquar”da drift etdi

On səkkiz yaşlı britaniyalı əlil yarışçı Billi Monqer kupe Jaguar F-Type avtomobilində drift edib. O, hər iki ayağının aşağı hissəsini Formula-4 yarışlarında keçirdiyi qəza nəticəsində itirib. Billini yeni yarış üçün isə tanınmış kaskadyor Terri Qrant hazırlayıb. Terri 2015-ci ildə 2 dəqiqə 10 saniyə ərzində maşını iki təkər üzərində 1,86 kilometr məsafəyə qədər aparmaqla rekorda imza atmışdı. Billi Monqerin düşdüyü qəza isə 2016-cı ilin aprelində baş verib. Onun müalicəsi üçün Formula-1 yarışının bir çox pilotu maddi vəsait toplayıb. Onların arasında Censon Batton, Luis Hemilton, Maks Ferstappen, deniel Rikkardo və Niko Hyulkenberq kimi məşhurlar var. İlk 24 saat ərzində pilotlar 500 000 funt sterlinq pul yığmağa nail olublar.

 

Cavanşir Məmmədzadə