• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1642
— 17.01.2018 10:03

Bu yastıq nağıl danışır və yatmağa yardım edir

Las-Veqasda keçirilən beynəlxalq elektronika sərgisində Niderlandın Somnox startapı “ağıllı” yastıq təqdim edib. O, yuxusuzluğa qarşı mübarizə aparmaqda yardım göstərir və rahat yatmağı təmin edir. İxtiraçılar onun kütləvi istehsalı üçün Kickstarter saytında maddi vəsait toplamağa nail olublar. Somnoxun əsas özəlliyi “nəfəs almaq” bacarığıdır. Belə ki, onu qucaqlayan insan “nəfəsini” hiss edir və öz nəfəsini onunkuna uyğun ritmdə tənzimləyir. Daha əvvəl körpə uşaqlar üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu metod işə yarayır. Smartfonla idarə olunan yastıq bir sıra başqa funksiyalara da malikdir. Məsələn, o özündə müxtəlif səslər, audio kitablar və musiqilər işə sala  bilir. İxtiraçılar, həmçinin analoji yastığa yuxu trekeri quraşdırmaq niyyətindədirlər, bununla Somnoх-un yuxusuzluqla necə mübarizə apardığını müəyyən etmək olar. Somnox “ağıllı” yastıqlarını Indiegogo saytından sifariş etmək mümkündür. 500 dollarlıq yastıq müştərilərə sentyabrda çatdırılacaq.

 

Cavanşir Məmmədzadə