• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 16.01.2018 16:34

Daşkəsəndə avtomobillərin təhlükəsiz hərəkəti təmin olunur

KepezTV Player

Daşkəsən rayonuna yağan qar yollarda avtomobillərin hərəkətini nisbətən çətinləşdirib. Belə havada yollarda qəzaların baş verməməsi üçün Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücülər arasında marifləndirici reydlərə başlayıb.

Artıq bir neçə gündür dağ rayonlarında müşahidə olunan qarlı şaxtalı hava Daşkəsən-Xoşbulaq avtomobil yolunda sürücüləri ehtiyyatlı olmağa vadar edib. Görülən qabaqlayıcı tədbirlər nəticəsində yollar qardan və buzdan vaxtında təmizlənsə də qəzaların qarşısının alınması da diqqət mərkəzindədir.

Rüfan Həsənov Daşkəsən rayon Dövlət Yol Polisi Bölməsinin rəisi: Əsas məqəsdimiz yol nəqliyyat hadisələrinin qarşısını almaq və sürücüləri qış mövsümü ilə əlaqədər olara qxəbərdar edib marifləndirməkdir.

Hava şəraiti ilə əlaqədər olaraq Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda çox az sayda nəqliyyat vasitəsinə rast gəlinir. Avtomobilin sazlığına diqqət yetirməyən sürücülər daha çox təcrübəyə güvənirlər.

Arzu Aslanov sürücü: Birinci növbədə gərək avtomobili saz vəziyyətdə saxlayasan. Xüsusi ilə də şinlərə fikir vermək lazımdır. Şinlər normaya uyğun olmalıdır. Bundan başqa bu cür havlarda diqqətli olmaq lazımdır.

Nəzərli Məhərrəmov sürücü: 2008 ci ildən Artıq 10 ildir maşın idarə edirəm bu şəraiti artıq uyğunlşamışam. Nə qədər öyrənsəmdə ehtiyyatı əldən vermirəm.

Daşkəsən rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları yoxlamalar zamanı bir neçə sürücünün sükan arxasında sənədsiz əyləşdiyini də müəyyən edib. Həmin sürücülər barəsində qanuna müvafiq tədbirlər görülüb.

Natiq Hüseyn