Havaların yağmurlu və soyuq keçməsinə baxmayaraq Şəmkir şəhərində qaz və işıqla bağlı çətinliklər müşahidə olunmur. Əhalinin suya olan ehtiyacı da 100 faiz ödənilir. Qarlı-şaxtalı günlərdə küçə və prospektlərdə avtomobillərin, eləcə də piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün qabaqlayıcı tədbilər yerinə yetirilib. Bu barədə Şəmkir şəhər fəallarının növbəti toplantısında məlumat verilib. Qarşıda duran vəzifələrdən danışanlar yeni xəstəxana kompleksinin inşa olunacağını, rayon mərkəzində qəzalı vəziyyətdə olan bir körpələr evi uşaq bağçasının müasir şəkildə yeniləcəyini diqqətə çatdırıblar. Buraxılan nöqsanlar da geniş təhlil edilib. Xüsusi ilə məhlələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması təmizlik işlərinə nəzarətin gücləndirilməsi tövisiyyə olunub. Aidiyyatı qurumların rəhbərlərinə bu istiqamət üzrə proflaktiki tədbirlərin gücləndirilməsi tapşırılıb.
Natiq Hüseyn
- Baxış: 707