• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 16.01.2018 14:16

Sərxoş kişi həmkəndlisini bıçaqladı

KepezTV Player

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Kükəl kənd sakini, 55 yaşlı Mürşüd Hümbətov şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı həmkəndlisi, 29 yaşlı Vasif Paşayevi bıçaqlayıb.Sol qoltuqaltı nahiyədən bıçaq xəsarəti alan Vasif Paşayev təcili yardım stansiyasının avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağır olaraq qalır.Mürşüd Hümbətov hadisəni törədən zaman sərxoş olub və polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.