• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 16.01.2018 14:16

Ana və qızı dəm qazından zəhərləndi

KepezTV Player

Sumqayıtda ana və bala dəm qazından zəhərlənib. Hadisə şəhərin Kimyaçılar qəsəbəsində, 1 saylı Yataqxanada baş verib. 47 yaşlı Mahruz Babaşova və qızı 17 yaşlı Günel Babaşova yaşadığı mənzildə dəm qazından zəhərləniblər. Onları huşsuz vəziyyətdə qonşuları aşkar edərək Təci Tibbi Yardım Avtomobili ilə xəstəxanaya çatdırıblar. Ana və balaya ilkin tibbi yardım göstərildikdən sonra palataya yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti normaldır.