• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 16.01.2018 14:16

Xeyli telefon və siqaret gömrükdə müsadirə olunub

KepezTV Player

Gürcüstandan qanunsuz gətirilən xeyli sayda mobil telefon və siqaret gömrükdə müsadirə olunub.Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.Baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa buferinin içərisində 49 ədəd mobil telefon, 150 ədəd yükləyici aşkarlanıb. Daha sonra avtomobilin yük yerində isə sağ və sol yan tərəf örtüyünün altında 1800 ədəd aksiz markasız siqaret aşkar edilib.Faktla bağlı araşdırma aparılır.