• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 15.01.2018 18:20

Gəncədə ahıl qadını maşın vuraraq öldürüb

Gəncə şəhərində ağır yol qəzası qeydə alınıb. Hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən Gülbəsti Cabbarovanı vurub. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu