• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1621
— 15.01.2018 15:11

Gəncə məktəblərində "Açıq qapı" günü keçirilir

KepezTV Player

“Təhsildə keyfiyyət ili” çərçivəsində Gəncənin seçilmiş orta məktəblərində açıq qapı günü elan edilir, açıq dərslər keçirilir, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq məqsədilə dəyirmi masalar təşkil olunur. Eləcə də şəhər və rayon məktəbliləri arasında bilik yarışları, müxtəlif müsabiqələr təşkil olunur, pedoqoji işçilərin fəaliyyətinin gücləndirilməsi ilə bağlı geniş müzakirələr aparılır. Gəncədə icra edilən layihə çərçivəsində görülən işlər müzakirə edilib.

Söhrab Hacıyev - Gəncə Şəhər Metodiki Mərkəzin direktoru: “Tədbirlə planında pedaqoji müzakirələrin aparılması, qarşılıqlı dərs dinləmələrinin təşkil edilməsi, pedaqoji fikir mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulur. Keçirilən bu bilik yarışları, müsabiqələr şagirdlərin bilik və bacarıqlarının daha da artırılmasına gətirib çıxarır. Bu da öz nəticəsini fənn olimpiadalarında və digər müsabiqələrdə göstərir”.