• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1707
— 15.01.2018 15:06

Göygölə yağan ilk qar çətinlik yaratmadı

KepezTV Player

Göygöl sakinləri mövsümün ilk qarının sevincini yaşayıb. Gücləndirilmiş iş rejimində çalışan yol və rayon təsərrüfatının işçiləri ciddi problemlərin yaşanmaması üçün tədbirləri davam etdirir. Əsasən Gəncə-Hacıkənd-Göygöl yolunda avtomobillərin hərəkəti dayandırılmayıb.

Rayon mərkəzində 1, dağlıq kəndlərə 5 sm-ə qədər düşən qar axşam saatlarında havanın şaxtalı olması ilə yollarda müəyyən çətinliklər yaradıb. Yol təsərrüfatı işçilərinin gecədən yollara qum-duz qarışığını səpməsi səhər saatlarından nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaratmayıb.

Salman Zərgərov - sürücü: Qar yağandan sonra gecə sırsıra oldu, yollar oldu şüşə. Mən rayonunu Yeni Zod kəndində qalıram axşam saatlarında evə gedirdim gedib çıxa bilmədim axırı Göygöl rayonun özünə qayıtdım qohumlarını evinə.

Adil Əliyev - sürücü: Getdik Toğanalıya qohumlarımız var onlara getdik gəldik yol açıqdır, narataçılıq yoxdur. Sürüşmədi maşın rahat gedik gəldik.

Havanın kəskin soyuması və yağan qar rayon mərkəzi və kəndlərə mavi yanacaq və elektrik enerjisinin verilməsində problemlər yaratmayıb. Su xəttlərində donma nəticəsində partlamalar olmayıb.

İzzət Əliquliyev - sakin: Rayonumuza dünəndən başlayaraq qar yağıb. Ancaq buna baxmayaraq qazımız və işiğımız vaxtı-vaxtında verilir, fasilələr olmayıb.

Sərdar Hüseynov - sakin: Şəxsən bizim özümünzün qazımıq, işığımız, suyumuz qaydasında olubdur. Havada soyuyub şükür ciddi problemlərlə üzləşməmişik.

Göygöl rayon Fövqəladə Hallar Komiisiyasından verilən məlumata görə, rayon ərazisində bütün yollar işlək vəziyyətdədir. Qarın yağması ilə bağlı fövqəladə vəziyyət qeydə alınmayıb.

Turani Əliyev - Göygöl Rayon Fövqəladə Hallar Komissiyasının sədri: Ayın 14-dən 15-ə keçən gecə rayon ərazisinə çoxda qalın olmayan təxminən 3-4 sm qalınlığında qar düşüb. Gecə saatlıarında şaxta qeydə alındığından yol istismar idarələri yollarda qabaqlayıcı işlər aparıb. Hazırda yollarımızda heç bir problem yoxdur. Rayonda elektrik enerjisinin, istər təbii qazın , suyun verilməsində problem yaşanmır. Bütün vəziyyətə nəzarət olunur və rayonda stabillikdir.

Gəncə Regional Hidrometerologiya Müəssisəsindən qərb bölgəsində müşahidə edilə mövcud hava şəraitinin sabahdan etibarən mülayimləşəcəyi deyilib.

Ramil Qədirov - Gəncə Regional Hidrometerologiya Müəssisəsinin direktoru: Yaxın 3 gün ərzində qərb bölgəsində hava şəraiti yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman, temperatur ötən günlərə nisbətən 3-5 dərəcə yüksələcək. 16-sı axşam dağlıq ərazilərdə sulu qar və qar yağacağı ehtimal olunur. Şərq küləyi ayın 17-dən sonra qərb küləyi ilə əvəz olunacaqdır, arabir gücləncəkdir.

Dünən axşam saatlarından başlayaraq qərb bölgəsiə düşən qar Gədəbəydə 10, Daşkəsəndə 7 sm qalınlığında olub.

 

Xaliq Qurbanlı