• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2216
— 15.01.2018 14:52

Şəmkirin Zəyəm qəsəbəsində aqrar sektora maraq artıb

KepezTV Player

8 mindən çox əhalisi olan Şəmkir rayonunun Zəyəm qəsəbəsində 2 məktəb, 1 uşaq bağçası, xəstəxana, poçt, ATS və digər sosial obyektlər fəaliyyət göstərir. Son illər dövlətin aqrar sektora göstərdiyi qayğıdan ruhlanan qəsəbə sakinləri bu il qəsəbə ərazisində 100 hektardan artıq istixana kompleksi yaratmağı planlaşdırıblar. Qəsəbədə yerli sakinlərlə rayon rəhbərliyinin görüşdə daxili yolların təmiri, məktəb və uşaq bağçası binalarıının yenilənməsini gündəmə gətiriblər. Səsləndirilən müarciətlərin  həlli istiqmaətində müvafiq tapşırıqlar verilib. Bundan başqa 2018-ci ildə yerli özünüidarəetmə orqanları üçün müasir tələblərə cavab verən yeni inzibati binanın inşa olunacağı da diqqətə çatdırılıb.

Natiq Hüseyn