• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1748
— 15.01.2018 13:34

Yol qəzaları can aldı

KepezTV Player

Yol qəzaları yenə yola çıxanları peşman edib. Piyadalardan biri canından, biri sağlamlığından olub. Digər bir hadisə isə iki avtomobilin toqquşması nəticəsində yaşanıb.

İmişli rayonunun Telişli kəndi ərazisində yol qəzası olub. "Prado" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106" markalı avtomobilin sürücüsü Telişli kənd sakini, 42 yaşlı Pənah Kərimov xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Goranboy rayonunun Azad kəndində Kürdəmir rayon sakini Malik Süleymanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Quşçular kənd sakini Həbib Abbasovu vurub. Abbasov hadisə yerində dünyasını dəyişib. Bakının Yasamal rayonunda da qəza olub. Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında 29 yaşlı Ramal Həsənov "Mercedes" markalı avtomobilin idarəetməsini itirib. Bu zaman avtomobil dayanacağın yaxınlığındakı səkiyə çıxaraq 52 yaşlı Azər Həsənov və 21 yaşlı Ayişə Yasinlini vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların hər ikisinin vəziyyəti orta ağır qiymətləndirilir. Faktlarla bağlı araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı